Mixeil Saakaşvilini, Ukraynanın Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatlarına imkanlar yaratmaq və onların cinayətkar fəaliyyətini ört-basdır etmək) əsasında başlamış istintaq çərçivəsində yaxaladılar. Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəsmi veb səhifəsində dərc olunmuş bəyanatda deyilir.
“2017-ci ilin dekabrın 5-də Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları, Ukrayna Baş Prokurorluğu ilə birlikdə, 256-cı maddənin birinci hissəsi əsasında başlamış istintaq çərçivəsində, Kiyevdə yaşayış ünvanında Saakaşvilini yaxaladılar. Hüquqmühafizəçilər Mixeil Saakaşvilini advokatının müşaiyəti ilə yaxaladılar. Müstəndiqlər tərəfindən onun dindirilməsi planlaşdırılıb”, -bəyanatda deyilir.
Qeyd olunan maddə 3-dən 5 ildək azadlıqdan məhrum etməni nəzərdə tutur.
Saakaşvilini Kiyevdə az öncə yaxaladılar.