Potidə, Patrul Polisi binası yaxınlığında orta yaşlı kişini avtomobildə qətlə yetirdilər.
Fövqəladə Hallar Koordinasiyası və Təxirəsalınmaz Yardımın Poti Mərkəzinin rəhbərinin bəyan etdiyinə görə, təcili tibbi yardım qrupu hadisə yerinə gedənə qədər kişi vəfat etmişdi.
Hadisəni gözləti ilə gərənlərin məlumatına görə, qətlə yetirilən kişi övladı və bir nəfər ilə birlikdə idi.
“Bir neçə atəş baş verdi, kişini avtomobildə güllələdilər. Bilirəm ki, bunlar haqq-hesab çürütmə ilə bağlıdır, lakin konkret səbəbini bilmirəm. Hadisə Patrul Polisi Xidmətlər Agentliyi yaxınlığında baş verdi. Burada həmişə polis işçiləri dururlar. Bax belə bir ölkədə yaşayırıq”, – şahidlərdən biri, Mariyam Bjalva bəyan etdi.
Hadisə yerində ekspert-kriminalistlər işləyirlər.