Gürcüstanda koronavirusun 1 824 yeni halı qeydə alındı, 1 262 pasiyent sağaldı
Gürcüstanda koronavirusun 1 824 yeni halı qeydə alındı. Bu barədə məlumat hökumət tərəfindən yaradılan “stopcov.ge” xüsusi vebsəhifədə az öncə yeniləşdirildi.
Veb səhifənin məlumatına görə, Gürcüstanda bu vaxt üçün koronavirusun 32 127 halı təsdiq olunub. Buradan 12 632 vətəndaş sağalıb.
Gürcüstanda koronavirusdan daha 23 pasiyent vəfat etdi və virusdan ölənlərin ümümi sayı 238-ə çatdı.
Karantin rejimində 3 757 vətəndaş, stasionarda müşahində altında 3 847 vətəndaşdır.
Bununla yanaşı, kovid-mehmanxanalarda 2 249 insan qalmaqdadır.
Xaricdən müalicə üçün Gürcüstanın 41 vətəndaşı gətirilib.
Xatırladaq ki, dünən Gürcüstanda koronavirusun 1 872 yeni halı aşkar edildi, 603 pasiyent sağaldı.