Bakı-Tbilisi-Qars dəmir yolu magistralının rəsmi açılışı

Bu, bakıdan Türkiyə istiqamətinə yol salınan ilk qatardır. Qatardakı yük Bakı limanından, Gürcüstanı keçərək, 800-dən artıq kilometrlik məsafəyi keçəcək. Yeni magistral rəsmi olaraq, İlham Əliyevin, Rəcəp tayip Erdoğanın və Giorgi Kvirikaşvilinin iştirakı ilə açıldı. Liderlər üç ölkənin strateji əməkdaşlığı və Bakı-Tbilisi-Qars layihəsinin əhəmiyyəti haqqında danışdılar.

Açılış mərasimində Qazaxstan və Özbəkistan hökümətlərinin başçıları da iştirak edirdilər, çünki dəmir yolu ilə yük keçirmək bu ölkələrdən də planlaşdırılır.

Rəsmi açılışa rəğmən, gürcü kəsiyində işlər yenə də davam edir və dəmir yolu xətti ancaq 2018-ci ildən işləyəcək. Layihəyi azərbaycan tərəfi maliyyələşdirir. Gürcüstan hissəsi üçün isə, artıq 640 milyon dollar xərclənib.

2018-ci ildə yolcu qatarının buraxılması da planlaşdırılıb. Lazım olan qatarı Azərbaycan,  Ştadler şirkətindən alıb.  İlk buraxılan qatarla isə, fəxri qonaqlar yolçuluq etdilər.