2018-ci ilin büdcə layihəsi

2018-ci ilin büdcə layihəsinin müzakirəsi zaman məlum olan detallardan biri o oldu ki, 2020-ci ildə, pensiyalar 20 lari ilə artacaq. Maliyyə Naziri, bu vədin seçki qabağı dövründə verilməməsi faktını, iqtidarın dürüstlüyü ilə izah edir. Cavab olaraq isə, müxalifət Dimitri Kumsişviliyə parlamentə daxil olan sənədi göstərdi və bəyan etdi ki, onda pensiyaların artırılması barədə məlumat yoxdur.

2018-ci ilin büdcəsinin yeni versiyasında, gəlirlər proqnozunun göstəricisi 95 milyonla artır və 12 milyard 393 milyon lari təşkil edir. Keçən il ilə müqayisədə Səhiyyə, regional inkişaf, infrastruktura, təhsil və kənd təsərrüfatı sahələrinin maliyyələşdirilməsi artır.İqtidar tərəfindən təqdim edilən sənədə əsasən, 2018-cı il üçün büdcə defisiti 3 faizdir.  2018-ci ilin büdcə layihəsindən başqa Dimitri Kumsişvili 2018-2021-ci illərin proqnozları və  2017-ci ilin büdcəsinin yerinə yetirilməsinin gedişatı barədə danışdı. Parlament müzakirəsi zamanı sualların əksəriyyəti lari kursu ilə bağlı idi.

Yenə bir tənqid məsələsi, vəzifəli şəxslərin maaşları ilə bağlı idi. Avropa Gürcüstanı-nın nümayəndələri hesab edirlər ki, 2018-ci ilin büdcəsi, icra hakimiyyətinə yenə premiyaların artırılmasına imkan verir. Maliyyə naziri isə, bəyan etdi ki,  2021-ci ilə qədər maaşların artması məhdulaşdırılıb.

Maliyyə büdcə komitəsinin sədri yeni büdcə layihəsini balanslaşdırılmış hesab edir. İrakli Kovzanadze qeyd etdi ki, nazir komitə müzakirəsindədə iştirak etsə, yaxşı olardı . Əsas maliyyə sənədi üzərində çalışmalar təqribən 5 həftə davam edəcək və o qanunverici orqana dekabrın ikinci yarısında daxil ediləcək.