Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti Tbilisidə brakonyerlik faktını aşkar edib
Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamenti Tbilisidə qanunsuz balıq ovunu aşkar edib
Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət Departamentinin ətraf mühit patrul və sürətli reaksiya xidmətinin əməkdaşları Kvemo Fonixala ərazisində qanunsuz balıq ovunu aşkar ediblər.
Departamentin məlumatına görə, vətəndaşlar Kür çayında rezin qayıqdan elektrik avadanlığından istifadə etməklə qanunsuz balıq ovu həyata keçiriblər.
“Brakonyerlər tərəfindən müxtəlif növ 64 kq balıq qanunsuz şəkildə əldə edilib. Elektrik avadanlığı ilə balıq ovu cinayət əməlidir, buna görə materiallar sonrakı araşdırma üçün müvafiq quruma göndərilib.
Elektrik avadanlığı insan həyat və sağlamlığı üçün də təhlükə yaradır. Onun hazırlanması, əldə edilməsi, saxlanması, daşınması və satışı qanunla cəzalandırılan əməllərdir.
Departamentin ekipajları ölkə üzrə 24 saat fasiləsiz patrul xidmətini həyata keçirir ki, qanunsuz balıq ovu, ovçuluq və digər ekoloji hüquqpozmalara vaxtında reaksiya verilsin. Həmçinin nazirliyin qaynar xəttinə (153) daxil olan hər bir müraciətə dərhal reaksiya verilir.
Son illərdə qanunsuz balıq ovu ilə bağlı aşkarlanan halların artması gücləndirilmiş nəzarətin nəticəsi kimi qiymətləndirilir”, – deyə məlumatda bildirilir.