Züsusilə külli miqdarda narkotik maddəsinin qanunsuz alınması-saxlanması ittihamı ilə Bolnisi munisipalitetində bir nəfəri yaxaladılar
Züsusilə külli miqdarda narkotik maddəsinin qanunsuz alınması-saxlanması ittihamı ilə Bolnisi munisipalitetində bir nəfəri yaxaladılar

Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1977-ci il təvəllüdlü R.A.-nı qanunsuz olaraq xüsusilə külli miqdarda narkotik maddə əldə etmək və saxlamaqda ittiham edilərək həbs etdlər.

Daxili İşlər Nazirliyinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları R.A.-nı Bolnisi mubisipalitetində, Tsurtavi kəndi yaxınlığında həbs etdilər. Onların məlumatına görə, polis saxlanılan şəxsin üzərində şəxsi yoxlama zamanı bir kiloqram 500 qram heroin çıxardı.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 6-cı hissəsi ilə, qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması ilə aparılır. Cinayət səkkiz ildən 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.