Gürcüstan Daxili İşlər Nazirinin müavini Aleksandre Daraxvelidze yeni rəhbər Zurab Zubadalaşvilini DİN Akademiyasının əməkdaşlarına təqdim edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Aleksandre Daraxvelidze yeni təyin olunmuş rektorla birgə akademiyanın fəaliyyətinin prioritet istiqamətlərini və gələcək planları müzakirə edib.
Zurab Zubadalaşvili Daxili İşlər Nazirliyinin Akademiyasının rektoru təyin olunana qədər DİN-in İnsan Resurslarının İdarə Edilməsi Departamentinin direktor müavini olub. Zurab Zubadalaşvili 24 il agentlikdə müxtəlif vəzifələrdə çalışıb.