Zurab Utiaşvili Rustavidə məcburi köçkün ailələri üçün salınan yaşayış kompleksinin tikinti işləri ilə tanış olub
Köçkün ailələrin məskunlaşdırılması üçün beş şəhərdə – Tbilisi, Kutaisi, Zuqdidi, Rustavi və Borjomidə müasir standartlara uyğun yaşayış komplekslərinin tikintisi fəal mərhələdədir.
Məcburi Köçkünlərlə İş üzrə Agentlikdən verilən məlumata görə, agentliyin direktoru Zurab Utiaşvili Rustavidə aparılan tikinti işləri ilə tanış olub.
“800 köçkün ailəsi üçün 4 bina tikilir. Yeni, təmirli mənzillər 2025-ci ildə məcburi köçkün ailələrinə təhvil veriləcək.
Köçkün ailələri üçün layiqli yaşayış şəraitinin yaradılması məqsədilə Baş nazirin qərarı ilə 2023-cü ildə görünməmiş miqyaslı tikintilərə başlanılıb. Büdcəsi 900 milyon lari olan layihə çərçivəsində 2025-ci ilin sonuna kimi ümumilikdə 13 min köçkün ailəsi mənzillə təmin olunacaq. “Kənd evi” proqramı çərçivəsində isə 6 min ailə köçürüləcək”, – Məcburi Köçkünlər Agentliyindən bildirilib.