Zurab Pataradze - Şalva Papuaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə əlavə təkan verəcək
Zurab Pataradze - Şalva Papuaşvilinin Azərbaycana səfəri ikitərəfli münasibətlərə əlavə təkan verəcək

 
Gürcüstan parlamenti sədrinin Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin sədri ilə Bakıda keçirilən görüşündə ikitərəfli münasibətlərin bütün spektri müzakirə olunub-bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze danışıb.

Pataradze sözügedən səfərin ikitərəfli münasibətlərə əlavə təkan verəcəyini bildirib.

“Azərbaycan Respublikasının Prezidenti ilə görüş artıq baş tutub. Görüşdə ikitərəfli münasibətlərin bütün spektri müzakirə edilib, həm siyasi, həm də ticari-iqtisadi istiqamətlərdə əlaqələrin yüksək dinamikası qeyd edilib. Ölkələrimiz arasında qarşılıqlı səfərlər və təbii ki, icraçı hakimiyyətlərin əlaqəsi, iştirakı, parlamentlərarası əlaqələr vurğulanıb. Fikrimcə, bu dinamika gələcəkdə də qorunacaq. Ölkələrimiz arasında müzakirə olunan məsələlərin reallaşması olduqca vacibdir. Fikrimcə, bu səfər ikitərəfli münasibətlərimizə əlavə təkan verəcək. Bu proseslərdə ölkəmizin vasitəçiliyi, iştirakı, Gürcüstanın Baş nazirinin birbaşa iştirakı olduqca mühümdür. Bu və digər məsələlər həm prezident administrasiyasında, həm də Azərbaycanın Milli Məclisində müzakirə olunub”- Zurab Pataradze açıqlayıb.

Şalva Papuaşvilinin rəhbərlik etdiyi Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikasında rəsmi səfərdədir. Nümayəndə heyətinə parlamentin vitse-spikeri Arçil Talakvadze, “Gürcü Arzusu” fraksiyasının sədr müavini Qreta Tsitsava, parlament çoxluğunun üzvləri: Savalan Mirzoev, Zaur Darğallı və “Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət “Güc birlikdədir” fraksiyasının üzvü Ramaz Nikolaişvili daxildir.