Zurab Pataradze - İrakli Ğaribaşvili Bakıda Mərkəzi Asiya ölkələrinin liderlərinin də iştirak etdiyi iqtisadi forumda iştirak edəcək
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin Azərbaycan Respublikasına səfəri bu gün başlayır və bu səfər çərçivəsində baş nazir Mərkəzi Asiya ölkələrinin liderlərinin də iştirak etdiyi BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının forumunda iştirak edəcək-bu barədə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze açıqlayıb.
O, baş nazirin sözügedən tədbirdə birbaşa İlham Əliyevin dəvəti ilə iştirak etdiyini bildirib.
“Səfər çərçivəsində baş nazir iştirakçılar qarşısında çıxış edəcək. Həmçinin Azərbaycan Respublikasının Prezidenti ilə ikitərəfli görüş keçiriləcək. Görüşdə siyasi, eləcə də ticarət-iqtisadi, mədəni-humanitar məsələlər də müzakirə olunacaq, o cümlədən yaşıl enerji layihəsi və Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi məsələsi xüsusilə qeyd ediləsidir, bu da enerji təhlükəsizliyinə, Avropa istiqamətində enerji ixracına töhfə verəcək , təbii ki, logistika məsələləri, nəqliyyat dəhlizi, bu istiqamətdə yeni layihələrin başlanması da müzakirə olunacaq. Vacib məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin genişləndirilməsi və başa çatdırılmasıdır, bu il başa çatdırılacaq. İkitərəfli görüşlərdə bu və digər məsələlər müzakirə olunacaq. Düşünürəm ki, bu səfər ölkələrimiz arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə əlavə təkan verəcək” – deyə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri açıqlayıb.