Zurab Pataradze - Davit Qareci məsələsi mütləq strateji tərəfdaşlara və dostlara yaraşan şəkildə həll olunacaq
Bizim haqqında hazırda danışa bilməyəcəyim müsbət yeniliyimiz var, Davit Qareci məsələsi mütləq strateji tərəfdaşlara və dostlara yaraşan şəkildə həll olunacaq- bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze açıqlayıb.
Zurab Pataradzenin qeyd etdiyi kimi, bu gün ölkələr arasında heç vaxt olmadığı kimi yüksək səviyyəli siyasi dialoq mövcuddur.
“Davit Qareci ilə bağlı sizə demək istərdim ki, bu canlı prosesdir. Bilirsiniz, bununla bağlı komissiyalar da işləyir. Pandemiyadan əvvəl iclas keçirilib. Bu iş mütləq davam edəcək. Sizi əmin etmək istəyirəm ki, bu məsələ iki dost, strateji tərəfdaş ölkəyə yaraşan şəkildə mütləq öz həllini tapacaqdır. Nəticə mütləq olacaq. Çox xahiş edirəm, hadisələri qabaqlamayaq. Bizim haqqında hazırda danışa bilməyəcəyim müsbət yeniliyimiz var, Davit Qareci məsələsi mütləq strateji tərəfdaşlara və dostlara yaraşan şəkildə həll olunacaq. Hadisələri qabaqlamayaq. Bu gün Gürcüstan və Azərbaycan liderləri arasında çox yaxşı ünsiyyət var. Prezident Əliyevin keçən il, ondan əvvəlki il Gürcüstanda, Gürcüstanın Baş nazirinin bu il iki dəfə Azərbaycanda olduğuna şahid oldunuz. Bir sıra tədbirlər, o cümlədən yazda Bakı şəhərində hökumətlərarası komissiyanın keçirilməsi nəzərdə tutulur. Düşünürəm ki, bu formatlarda konkret nəticələr əldə etmək imkanımız olacaq” -deyə Zurab Pataradze açıqlayıb.