Zurab Çxaidze - Saakaşvilinin çəkisi bu gün deyildiyindən qat-qat artıqdır, əvvəlki göstəricilərlə müqayisədə çəkisi artıb
Zurab Çxaidze - Saakaşvilinin çəkisi bu gün deyildiyindən qat-qat artıqdır, əvvəlki göstəricilərlə müqayisədə çəkisi artıb

 

“Vivamed”in klinik direktoru Zurab Çxaidze bu gün Saakaşvilinin çəkisi ilə bağlı yanlış məlumatlar yayıldığını və əslində pasiyentin çəkisinin qat-qat artıq olduğunu bildirib.

Zurab Çxaidzenin qeyd etdiyi kimi, Saakaşvilinin hazırda 58 kilo olduğunu nəyə əsaslanaraq söylədiklərini bilmir.

“Bu gün 58 kiloqramın hansı əsasla deyildiyini, bilmirəm, pasiyentin çəkisi bundan qat-qat artıqdır. Bu gün çəkildi və mən bu rəqəmi deyə bilərəm. Bu gün pasiyentin çəkisi 64 kiloqram 400 qramdır. Əvvəlki göstəricilərlə müqayisədə çəki artıb. Bundan sonra artıq rəqəmləri dilə gətirməyəcəyik, çünki istər azalma, istərsə də artım olsun, daha sonra bu onun həkimlərə münasibətinə olduqca pis təsir edəcək”-deyə Zurab Çxaidze açıqlayıb.

Məlumat üçün bildirək ki, bu gün Saakaşvilinin səhhətindən danışan sabiq prezidentin anası Qiuli Alasania jurnalistlərə bildirib ki, Saakaşvilinin çəkisi 58 kiloqramdır.