Zurab Çiaberaşvili - İvanişvili rejimindən müxtəlif tonlarda səslənən hər hansı bir bəyanat həm Gürcüstan cəmiyyətini, həm də beynəlxalq tərəfdaşları çaşdırmaq cəhdi kimi qəbul edilməlidir
Zurab Çiaberaşvili - İvanişvili rejimindən müxtəlif tonlarda səslənən hər hansı bir bəyanat həm Gürcüstan cəmiyyətini, həm də beynəlxalq tərəfdaşları çaşdırmaq cəhdi kimi qəbul edilməlidir

İvanişvili rejimindən müxtəlif tonlarda səslənən hər hansı bir bəyanat həm gürcü cəmiyyətini, həm də beynəlxalq tərəfdaşlarımızı çaşdırmaq cəhdi kimi qiymətləndirilməlidir, – bu barədə “Vahid Milli Hərəkat”ın xarici istiqamət üzrə katibi Zurab Çiaberaşvili “Gürcü Arzusu”sədri, İrakli Ğaribaşvili tərəfindən, “Xarici təsirin şəffaflığı haqqında” qanunuyla bağlı bu gün verdiyi bəyanatını qiymətləndirərkən qeyd etdi.

Zurab Çiaberaşvilinin bəyanatına görə, “İvanişvili rejiminin nümayəndələri Gürcüstanın rus qanununa ehtiyacı olmadığını söyləyir, bu, onların tərəfindən söz oyunudur”.

“Əslində bu qanun sırf rus qanunudur, konqresmenlər öz məktubunda aydın şəkildə dedilər ki, bu qanunun Amerika və ya Avropa qanunları ilə heç bir əlaqəsi yoxdur. Müvafiq olaraq, bu qanun öz mahiyyətinə və motivasiyasına görə rusdur”, – deyə Zurab Çiaberaşvili qeyd etdi.