Zurab Caparidze - müxalifət qazanmaq üçün oynamır, əksəriyyəti həyatda qalmaq üçün oynayır, müxalifət adlanan partiyalar sistemin bir hissəsinə çevrilib
Zurab Caparidze - müxalifət qazanmaq üçün oynamır, əksəriyyəti həyatda qalmaq üçün oynayır, müxalifət adlanan partiyalar sistemin bir hissəsinə çevrilib

 

Müxalifət adlanan partiyaların üzvlərinin bir hissəsi və əksər hallarda bütövlükdə partiyalar sistemin bir hissəsinə çevrilib, siyasi arenanın oyunçularının əhəmiyyətli hissəsi mövcud status-kvonun saxlanılmasında maraqlıdır-bu barədə “Qirçi-daha çox müstəqillik naminə” nin lideri Zurab Caparidze videomüraciətində danışıb.

O, bildirib ki, “müxalifət qazanmaq üçün oynamır, əksəriyyəti həyatda qalmaq üçün oynayır”.

“Müxalifət adlanan partiyaların üzvlərinin bir hissəsi və əksər hallarda bütövlükdə partiyalar sistemin bir hissəsinə çevrilib. Onlar, “Arzu” nu dəstəkləyən publik hüquqi şəxslərin işsiz-gücsüz tərəfdarının işini və gəlirini itirməməkdə maraqlı olduğu kimi deputat mandatını, kabinetini, ezamiyyətlərini, büdcə pullarını, seçki komissiyalarında yerlərini, pulsuz televiziya, reklam vaxtını, medianın diqqətini, ictimai statusunu və ya başqa şeyləri itirməməkdə maraqlıdırlar. Siyasi arenanın oyunçularının əhəmiyyətli hissəsi mövcud status-kvonun saxlanılmasında maraqlıdır, çünki dəyişiklik olacağı təqdirdə mövcud status və üstünlükləri hələ də qoruyub saxlayacağına zəmanəti yoxdur. Ümumilikdə, müxalifət qazanmaq üçün oynamır, əksəriyyəti həyatda qalmaq üçün oynayır və İvanişvili də bunu bilir” – deyə Caparidze bildirib.