Zurab Caparidze - Məhdudiyyətlərin ləğv olunmasını tələb edirik, ancaq iqtidar öz qərarını dəyişməyəcək, çünki daha çox insan çıxmalıdır
Zurab Caparidze - Məhdudiyyətlərin ləğv olunmasını tələb edirik, ancaq iqtidar öz qərarını dəyişməyəcək, çünki daha çox insan çıxmalıdır

“Girçi – daha çox azadlıq” siyasi birləşməsinin lideri Zurab Caparidze hesab edir ki, məhdudiyyətlərin ləğv olunmasını tələb edən insanların sayı daha çox olmalıdır ki, iqtidar öz qərarını dəyişdirsin.

“Aksiyamızın məqsədi məhdudiyyətlərin ləğv olunmasıdır, ancaq bugünki aksiyadan çox böyük gözləntilərim yoxdu, çünki etiraz edənlərin sayı daha çox olmalıdır. Çox sayda insan yığılsa, etirazımız effektiv və nəticəli olacaq. Gördüyüm qədəri ilə, hələ o qədər insan yığılmayıb və inanmıram ki, iqtidar geri addım ata”” – dedi Zurab Caparidze.

Zurab Caparidzenin dediyinə görə, bütün məhdudiyyətlər aradan qaldırılmalıdır.

“Məhdudiyyətlərin hamısı qaldırılmalıdır, çünki yüngülləşdirmək deməkdir ki, iqtidar öz məqsədlərinə görə, manipulyasiyalara davam edir.

İnsanlar pulsuzluqdan ölürlər, ancaq bu korona statistikasına daxil olunmur. Misal üçün vətəndaş işsiz və pulsuz olduğuna görə, xəstə nənəsinə dərman ala bilmir və nənəsi həyatını itirir. Belə halları kimsə hesaba qatmır. Mən buna diqqət yetirmək istəyirəm” – dedi Zurab Caparidze.

Hazırda iqtidar administrasiyasının yanında aksiya keçirilir. Aksiya iştirakçıları əsasən, turizm sektorunun nümayəndələridirlər və tətbiq olunan məhdudiyyətləri etiraz edirlər.

Bənzər aksiya bazar günü də keçirildi və aksiya iştirakçıları məhdudiyyətlərin ləğv olunmas və iqtisadi fəaliyyətlərin bərpası üçün iqtidara 48 saat vaxt verdilər.

Aksiyada müxalifət partiyaların nümayəndələri də iştirak edirlər.