Zurab Caparidze - keçmiş məmurların Mixeil Saakaşvili ilə bağlı verdiyi bəyanatlar ciddi problemə, Saakaşvilinin səhhətinə və həyatına aid olduğu üçün vacibdir
“Qirçi-daha çox azadlığ”ın lideri Zurab Caparidze keçmiş məmurların Mixeil Saakaşvili ilə bağlı verdiyi bəyanatların ciddi problemə, Saakaşvilinin səhhətinə aid olduğu üçün vacib olduğunu bildirib.
O bildirib ki, Mixeil Saakaşvilinin başına nəsə gəlsə, ölkənin heç bir perspektivi olmayacaq.
“Bəyanat özü-özlüyündə vacibdir. Söhbət ölkədəki ciddi problemdən, üçüncü prezidentin səhhətindən və həyatından gedir. Bu baxımdan ciddi problemlər yaranarsa, bu, o cümlədən ölkənin gələcəyinə ciddi təsir göstərəcək. Saakaşvilinin başına nəsə gəlsə, bu ölkənin perspektivi olacağına inanmıram. İstər Avro-Atlantik inteqrasiya yolu olsun, istərsə də ümumiyyətlə” – deyə Zurab Caparidze açıqlayıb.
“Milli Hərəkat”ın planlaşdırdığı aksiyaya gəlincə, Zurab Caparidze onların planları ilə tanış olmadığını deyib.
“Milli Hərəkat”ın planları ilə tanış deyiləm. Bizim bir növ ünsiyyətimiz var, lakin yekunda bu, partiyadaxili xəbərlərdir və bu, onlardan asılıdır. İndi onların kampaniyası, bəzi prosesləri var. Detalları izləyə bilmirəm. Bu, hansı növ aksiyaların olacağından asılıdır. Biz hansısa aksiyalara qoşula bilərik” – deyə Caparidze açıqlayıb.