Zurab Caparidze - Rusiya ilə iqtisadi münasibətlərin əleyhinə olduğuma dair heç yerdə belə açıqlama tapa bilməzsiniz, problem odur ki, Rusiya ilə münasibətləri dərinləşdirəndə, Qərbdən uzaqlaşırsan
Rusiya ilə iqtisadi münasibətlərin əleyhinə olduğuma dair heç yerdə belə açıqlama tapa bilməzsiniz, problem odur ki, Rusiya ilə münasibətləri dərinləşdirəndə, Qərbdən uzaqlaşırsan- bu barədə “Qirçi-Daha çox azadlıq” partiyasının lideri Zurab Caparidze Gürcüstanın Birinci Kanalına bildirib.
Caparidzenin sözlərinə əsasən, o, Rusiya ilə problemin iqtisadiyyatda olmadığını dəfələrlə deyib.
“Mən buna qarşı heç nə deməmişəm. Mən dəfələrlə demişəm ki, Rusiya ilə problem iqtisadiyyatda deyil. Mənim mövqeyim həmişə bu idi. Problem ondadır ki, bizim irəlilədiyimiz Avropa İttifaqı bizə deyir ki, bizim xarici təhlükəsizlik siyasətimiz onların siyasətinə uyğun olmalıdır. Bizə deyirlər ki, uçuşları qadağandır, aviasiya sektoruna sanksiya qoyulub və biz də bunun bir hissəsi olmalıyıq. Mən bununla razıyam, ümumiyyətlə iqtisadi münasibətlərin yaxşılaşmaması ilə deyil.
İkinci problem odur ki, Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirəndə, Qərbdən uzaqlaşırsan, problem budur. Rusiya ilə iqtisadi münasibətlərin əleyhinə olduğuma dair heç yerdə belə açıqlama tapa bilməzsiniz. Mən bunu heç vaxt deməmişəm. Ola bilsin, bizi başqa müxalifət partiyaları ilə səhv salırsınız, çünki başqa müxalifət partiyaları da belə bəyanatlarla çıxış edirlər. İqtisadi münasibətlər ümumən yaxşı və düzgündür, yalnız bir şey – biz Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirməməliyik və Avropadan uzaqlaşmamalıyıq, əksinə, Avropaya doğru dərinləşməliyik, ikincisi, xarici və təhlükəsizlik məsələlərində Avropa İttifaqı ilə birləşməliyik”- Zurab Caparidze bildirib.