Zurab Qirchi Caparidze və Nika Mosiaşvili barəsində inzibati xəta haqqında işin müzakirəsi təxirə salınıb, bu səbəbdən onlar həbsdən azad ediliblər
Tbilisi Şəhər Məhkəməsində Zurab Qirchi Caparidze və Nika Mosiaşvili barəsində inzibati xəta haqqında işin müzakirəsi təxirə salınıb.
Buna səbəb Nika Mosiaşvilinin sağlamlıq vəziyyəti olub. Proses zamanı onun təzyiqi yüksək olub.
Müdafiə tərəfi saxlanılmış Nika Mosiaşvilinin sağlamlıq vəziyyəti ilə əlaqədar prosesin təxirə salınmasını tələb edib, hakim əvvəlcə bunu təmin etməyib. Bu prosesin iştirakçıları arasında səs-küyə səbəb olub, daha sonra iclas salonundan kənarda sözlü qarşıdurmaya çevrilib.
Daha sonra hakim müdafiə tərəfinin vəsatətini təmin edib.
İclasın təxirə salınması ilə əlaqədar Zurab Qirchi Caparidze və Nika Mosiaşvili məhkəmə salonundan sərbəst buraxılıblar. Onlar tibbi müayinəyə aparılıblar.
İş üzrə məhkəmə iclası sabah, martın 10-da saat 16:00-da keçiriləcək.