Zurab Caparidze - hamı hesab edirik ki, ölkədə siyasi böhrandır və rahatlaşdırılmalıdır
Hamı hesab edirik ki, ölkədə siyasi böhrandır və rahatlaşdırılmalıdır və hansısa növlü siyasi razılaşma əldə olunmalıdır, – bu barədə “Qirçi” partiyasının lideri, Zurab Caparizde diplomatlarla görüşdən sonra bəyan etdi. Görüşdə müxalifət, eləcə də hakimiyyət nümayəndələri iştirak edirdilər.
Caparidze detallar barəsində danışmır, lakin bəyan edir ki, ikinci görüş keçiriləcək.
“Razılaşdıq ki, daha bir görüş olacaq. Lakin vaxtını və yerini hələlik bilmirəm. Vasitəçilərin, eləcə də bizim arzumuz və ümumiyyətlə atmosfer belədir, hamı hesab edirik ki, ölkədə siyasi böhrandır və rahatlaşdırılmalıdır və hansısa növlü siyasi razılaşma əldə olunmalıdır. Bu cür atmosferdir. Konkret olaraq prosesin haraya qədər gedib çıxmasını, vaxt göstərəcək”, – Caparidze bəyan etdi.