Zurab Caparidze - “Gürcü Arzusu”nun davranışı və addımları ilə əlaqədar suallar mövcuddur, bu səbəbdən böyük ehtimalla gələn ilin sonunda namizəd statusuna yox cavabı veriləcək
Zurab Caparidze - “Gürcü Arzusu”nun davranışı və addımları ilə əlaqədar suallar mövcuddur, bu səbəbdən böyük ehtimalla gələn ilin sonunda namizəd statusuna yox cavabı veriləcək

 

“Qirçi-daha çox azadlığ”ın lideri Zurab Caparidze tövsiyələrin icrası prosesində “Gürcü Arzusu”nun addımları ilə bağlı sualların mövcud olduğunu bildirib.

O , bu səbəbdən ölkənin böyük ehtimalla gələn ilin sonunda namizəd statusunu ala bilməyəcəyini söyləyir.

“Namizəd statusu ilə əlaqədar yox cavabının alınmasından əvvəl və sonra “Gürcü Arzusu”nun davranışları, addımları ilə bağlı sualların siyahısı var. Bu, çox böyük ehtimalla – 99 faizlə gələn ilin sonunda namizəd statusu ilə bağlı yox cavabı alacağımıza dair suallardır. Bu status ala bilmədiyimiz suallardır. Müharibə istəyirsiniz mi sualına? Cavab belədir : müharibə deyil, biz bunları yerinə yetirmək istəyirik”-deyə Zurab Caparidze bildirib.