Zurab Caparidze deputat mandatını tərk edir

19:15, 01.11.2021

Zurab Caparidze deputat mandatını tərk edir. Bu barədə məlumatı Gürcüstanın Birinci Kanala “Girchi – daha çox azadlıq naminə” partiyasınınmətbuat xidmətindən təsdiqləyiblər.

Onların sözlərinə görə, Caparidze yaxın vaxtlarda rəsmi olaraq parlamentdə çıxış edəcək.

Lelo partiyasının lideri Mamuka Xazaradze dünənki mitinqdə Gürcüstan parlamentini tərk etdiyini bildirib. Bu gün Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili cəzaçəkmə müəssisəsindən məktub yayaraq, Mamuka Xazaradzenin bu addımının çox təsirli olduğunu və onun mövqeyini bölüşdüyünü bildirib. Mənim məsləhətim odur ki, parlamentdəki bütün yoldaşlara və ləyaqətli insanlara Mamuka Xazaradzeni təqlid edib “Arzunu tərk etsinlər”, – Mixail Saakaşvili bildirib.

Oxşar