Gürcüstanın işğal olunmuş ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Yaponiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri ilə görüşdü.
Tanışlıq xarakterli görüşdə Zurab Azaraşvili və İmamura Akira Yaponiyanın dəstəyi ilə Gürcüstanda COVID-19-un effektiv idarə olunması üçün həyata keçirilən layihələri müzakirə etdilər. Görüşdə iki ölkə arasında mövcud əməkdaşlıqdan da danışıldı.
Görüşdə Zurab Azaraşvili və İmamura Akira gələcək planları da müzakirə edetdilər. Yaponiyanın fövqəladə və səlahiyyətli səfiri səhiyyə sistemində aparılan islahatları dəstəklədiyini bildirib və əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu ifadə etdi.
Görüş barədə məlumatı Səhiyyə Nazirliyinin mətbuat xidməti yayır.