Zurab Azaraşvili və Abxaziya Muxtar Respublikası Hökumətinin sədri məcburi köçkünlərin mənzillə təmin olunması üçün nəzərdə tutulan layihələri müzakirə ediblər
Gürcüstanın işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər üzrə naziri Zurab Azaraşvili Abxaziya Muxtar Respublikası Hökumətinin sədri Ruslan Abaşidze ilə görüşüb.
Tərəflər işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin mənzillə təmin olunması nəzərdə tutulan layihələri müzakirə ediblər.
Səhiyyə nazirinin sözlərinə görə, agentlik bu istiqamətdə fəal iş aparır və məcburi köçkünlərin bir hissəsi bu il yeni mənzil alacaq.
Görüşdə Gürcüstanın işğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial məsələlər nazirinin müavini İlia Ğuduşauri, Abxaziya Muxtar Respublikasından məcburi köçkünlər naziri Davit Patsatsia və Abxaziya Muxtar Respublikasının Səhiyyə və Sosial məsələlər naziri Levan Çakvetadze iştirak ediblər.
Məlumatı İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlərin, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.