Zurab Azaraşvili - valideynləri müalicə üsullarının tətbiqi üçün zəruri olan bütün prosesləri iş masasında davam etdirməyə çağırıram, bu gün baş verənlər heç bir şəkildə məsələyə kömək etməyəcək
Zurab Azaraşvili - valideynləri müalicə üsullarının tətbiqi üçün zəruri olan bütün prosesləri iş masasında davam etdirməyə çağırıram, bu gün baş verənlər heç bir şəkildə məsələyə kömək etməyəcək

 

Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili işçi qruplar formatında axondroplaziyanın müalicəsi üçün nəzərdə tutulan “Vosoritide” dərmanı ilə əlaqədar müzakirələrin davam etdiyini bildirib. O, nazirliyin, eləcə də maraqlı tərəflərin konstruktiv şəkildə işləməsi gərəkdiyini açıqlayıb.

Zurab Azaraşvili aksiyada iştirak edən valideynləri müalicə üsullarının tətbiqi üçün zəruri olan bütün prosesləri iş masasında davam etdirməyə çağırıb.

“Biz heç vaxt bəhsi keçən nadir xəstəliyin müalicəsi ilə bağlı heç kimə yox cavabı verməmişik. Həmçinin, heç vaxt büdcəyə vurğu edilməyib. Büdcə ilə bağlı problemin olması heç vaxt qeydə alınmayıb . Bizim nazirlik bir gün də olsun dayanmayıb, bir neçə tərəflə daimi və davamlı ünsiyyətdədir. Həm idarələrarası şura formatında, həm də protokol formatında müxtəlif işçi qrupları mövcuddur. Bir neçə gün əvvəl valideynlərdən bu qrupa qoşulmaq üçün xahiş səsləndirilmişdi. Təbii ki, idarələrarası şura nadir xəstəliklərə toxunacaq və ölkədə onlarla nadir xəstəlik mövcuddur. Müxtəlif xəstəliklər haqqında müzakirə aparası olurlar. Bu xüsusi nadir xəstəlik ətrafında müzakirə aparıldığı formatda, əlbəttə ki, bizə təqdim olunan üç valideyn müzakirə formatında olacaq. Biz həmçinin protokolun yaradılması qrupunda valideynlərin olması barədə hazır olduğumuzu bildirdik. Bizim tərəfimizdən heç bir ləngimə, problem olmayacaq.

Problemi həll etmək üçün başlatdığımız prosesin bu səs-küy və gərginlik fonunda davam etməsi çox çətindir. Tərəflər tez-tez qeyd edirlər ki, proses bu cür etirazlar fonunda getməməlidir. Nazirlik, maraqlı tərəflər konstruktiv formatda, zəruri hallarda konstruktiv rejimdə masa arxasında olmalıdırlar. Bundan irəli gələrək, mən bir daha valideynlərdən xahiş etmək və onlara çağırış etmək istərdim ki, razılaşmaları və bu nadir xəstəliyin müalicə üsullarının həyata keçirilməsi üçün zəruri olan bütün prosesləri nazirlikdə, iş masası formatında davam etdirək. Bu gün baş verənlər və son bir neçə gündə baş verənlərin özləri də görürlər ki, bu işə heç bir faydası olmayacaq. Nazirlik hər zaman mümkün qədər açıq olmağa hazırdır, istənilən tərəf hər zaman istənilən formatda işçi qrupları və müzakirə prosesində iştirak etmək imkanına malikdir. Qapımız açıqdır”-deyə Zurab Azaraşvili açıqlayıb.