Zurab Azaraşvili - Uşaqlar cəmiyyətin xüsusi qrupudur, hökumət onların hüquqlarının realizə edilməsini müxtəlif məqsədyönlü proqram və layihələrlə həyata keçirir
Uşaqlar cəmiyyətin xüsusi qrupudur, hökumət onların hüquqlarının realizə edilməsini müxtəlif məqsədyönlü proqram və layihələrlə həyata keçirir-bu sözləri Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili deyib.
“Uşaqlar cəmiyyətin xüsusi bir təbəqəsi olduğuna görə hökumət müxtəlif məqsədyönlü proqramlar və layihələr vasitəsilə onların hüquqlarını reallaşdırır. 2015-ci ildən “Məqsədli Sosial Yardım Proqramı” çərçivəsində uşaq müavinəti təsis edilib. 2022-ci ildə bu məbləğ 150 lariyə qədər artdı, 2023-cü ilin iyulundan isə Gürcüstan hökumətinin qərarına əsasən, hər uşaq üçün ayda 200 lariyə qədər artırılır. Müvafiq olaraq, 2023-cü ildə sosial cəhətdən müdafiəyə ehtiyac duyan uşaqlara yarım milyard lariyə qədər maddi yardım veriləcək. Hər il “Uşaqların Sosial Reabilitasiyası və Qayğı üzrə Dövlət Proqramı”nın büdcəsi artır, proqram çərçivəsində maliyyələşdirilən xidmətlər rəngarəngləşir. 2023-cü ildə proqramın büdcəsi 66 milyon lari təşkil edir ki, bu da 2022-ci ilin büdcəsindən təxminən 15 milyon lari çoxdur”, – Zurab Azaraşvili bildirib.
Parlamentdə uşaq hüquqlarının müdafiəsi və yetkinlik yaşına çatmayanların ədalət mühakiməsi istiqamətində həyata keçirilən islahatlardan danışan nazir “Uşaq Hüquqları Məcəlləsi”nin uşaq hüquqlarının realizə edilməsi baxımından yüksək standartları müəyyən etdiyini diqqətə çatdırıb.