Zurab Azaraşvili - Ukraynadakı gündəlik həyatı, həlak olanları, yerlə-yeksan edilmiş şəhərləri izləmək bizim üçün ağrılıdır, baş nazirin dünənki şərhi məhz bundan irəli gəlir
Biz Ukrayna xalqının yanındayıq və oradakı gündəlik həyatı izləmək bizim üçün çox ağrılıdır. Həlak olmuş insanlar, yerlə- yeksan edilmiş şəhərlər. Baş nazirin dünənki şərhi məhz bundan irəli gəlir – bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili suala cavab olaraq bildirib.
Hökumət iclasından sonra keçirilən brifinqdə jurnalistlər səhiyyə nazirindən İrakli Ğaribaşvilinin Ukrayna ilə bağlı dünən verdiyi bəyanatı şərh etməsini xahiş ediblər.
Söhbət İrakli Ğaribaşvilinin verdiyi bəyanatdan gedir, bəyanatda deyilir: “Ukraynada baş verənlər bizi son dərəcə narahat edir. Dörd mindən çox bina dağıdılıb, şəhərlər yerlə-yeksan edilib, minlərlə dinc sakin həlak olub və bu faciəli hadisələr bu günə qədər davam edir. Mən hələ fevralın 25-də bu haqda danışırdım və deyirdim ki, əgər bu müharibədə əzilən və cəzalanan bir tərəf olacaqdısa, bu Ukrayna olacaqdı, minlərlə ukraynalının həyatı qurban gedəcək, onların ərazi bütövlüyü pozulacaqdı və indi bu belədir”.
Zurab Azaraşvilinin sözlərinə görə, o, baş nazirin bu bəyanatı ilə tamamilə razıdır.
“O ki qaldı Ukraynadakı müharibəyə və baş nazirin verdiyi şərhlərə. Hamınız mənimlə razılaşarsınız ki, Ukraynada gündəlik olaraq baş verənlər, o şəhərlərdəki çətin vəziyyət çox ağırdır. Biz Ukrayna xalqının yanındayıq və oradakı gündəlik həyatı izləmək bizim üçün çox ağrılıdır. Həlak olmuş insanlar, yerlə- yeksan edilmiş şəhərlər. Baş nazirin dünənki şərhi məhz bundan irəli gəlir” – deyə Zurab Azaraşvili bildirib.