Gürcüstanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili istefa verib.
Gürcüstanın Baş nazirinin mətbuat xidmətinin yaydığı məlumat üzrə, hökumət başçısı İrakli Kobaxidze səhiyyə naziri ilə danışıb, bundan sonra da Zurab Azaraşvili istefa verib.
Baş nazirin mətbuat xidmətinin yaydığı məlumatda, hökumət başçısının yaxın günlərdə yeni səhiyyə nazirini təqdim edəcəyi deyilir.