Zurab Azaraşvili - Türkiyənin farmasevt bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il təxminən 180-200 milyon lari qənaət edəcək
Zurab Azaraşvili - Türkiyənin farmasevt bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il təxminən 180-200 milyon lari qənaət edəcək

Türkiyə bazarı açıldıqdan sonra, ölkəyə dərman idxalı aktiv şəkildə davam edir.

Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, avqust ayında idxalda rekord yüksək göstərici qeydə alındı. Ölkəyə 6.4 milyon ABŞ dolları dəyərində dərman preparatları daxil oldu.

Elə onların məlumatına görə, Baş nazirin təşəbbüsü nəticəsində Gürcüstan vətəndaşları artıq 80 milyon lariyə qədər dərmana qənaət etdilər.

Səhiyyə naziri, Zurab Azaraşvilinin qeyd etdiyinə görə, Türkiyənin farmasevt bazarının açılması nəticəsində Gürcüstan əhalisi hər il təxminən 180-200 milyon lari qənaət edəcək.

“Türkiyə bazarının açılması yanaşı, dərmanların qiymətinin aşağı salınması üçün Səhiyyə Nazirliyi dərman vasitələrinə istinad qiymətinin müəyyən edilməsi üzərində də çalışır. İslahat çərçivəsində dərmanların qiymətinə yuxarı hədd qoyulacaq ki, bu da ölkədə dərmanların qiymətini xeyli aşağı salacaq. Oxşar təcrübə artıq dünyanın müxtəlif ölkələrində tətbiq edilib. İslahatın həyata keçirilməsi üçün Nazirlik müxtəlif vaxtlarda və müxtəlif ölkələrdə qeyd olunan layihələrin uğurla həyata keçirilməsində iştirak etmiş beynəlxalq ekspertlərlə birgə işləyir”, – Səhiyyə Nazirliyində bəyan edirlər.