Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili Türkiyəyə rəsmi səfəri çərçivəsində türkiyəli həmkarı Fahrettin Koca ilə görüşüb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ikitərəfli görüşdə Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib.
“Tərəflər səhiyyə sahəsində birgə layihələri müzakirə edib və əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər. Görüşdə əsas diqqət Türkiyədən Gürcüstana yüksək keyfiyyətli dərman preparatlarının idxalı olub.
Tərəflər tibbi xidmətlər və əczaçılıq sahəsində daha da sıx əməkdaşlıq haqqında razılığa gəliblər. Türkiyənin səhiyyə nazirinin Gürcüstana səfəri planlaşdırılır”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Zurab Azaraşvilinin Türkiyəyə rəsmi səfəri davam edir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazir Türkiyənin aparıcı müəssisələrinə baş çəkəcək, onların işinin xüsusiyyətləri ilə tanış olacaq. Həmçinin Əczaçılıq Müəssisələri Birliyindən Türkiyə dərman sənayesi haqqında ətraflı məlumat alacaq.
Tibb və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi Agentliyinin Dərman vasitələrinə nəzarət şöbəsinin müdiri Nana Şaşiaşvili, Səhiyyə Nazirliyinin İstintaq Təşkilat şöbəsinin müdiri Xatuna Çaçava və Daxili Audit şöbəsinin müdiri Zurab Dvali Azərbaycanda rəsmi səfərdədirlər.