Zurab Azaraşvili - Türkiyə bazarını açmaqla və dərmanların qiymətində hədd tətbiq etməklə dərman qiymətləri problemi birdəfəlik həll olunacaq
Zurab Azaraşvili - Türkiyə bazarını açmaqla və dərmanların qiymətində hədd tətbiq etməklə dərman qiymətləri problemi birdəfəlik həll olunacaq

 

Türkiyə bazarı açılandan sonra əhalimizin qənaəti ilə bağlı vaxtaşırı məlumatlar dərc edirik, hazırda on milyonlarla lariyə qənaət edilib – deyə səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclası başa çatdıqdan sonra bildirib.

“İl ərzində əhalimizin təxminən 180-dən 200 milyon lariyə qədər qənaət edəcəyini ehtimal edirik ki, bu da kifayət qədər böyük məbləğdir. Bu, yalnız türk dərmanları halındadır. Üstəlik, istinad qiymətləri müəyyən etdikdən sonra qiymətdə əhəmiyyətli azalma gözləyirik” – deyə Zurab Azaraşvili bildirib.

Səhiyyə nazirinin sözlərinə görə, demək olar ki, bütün Avropa ölkələrində, eləcə də bir sıra qonşu ölkələrdə dərman vasitələrinin qiymətlərində hədd tətbiq etməklə dərmanların qiyməti 40-dan 70 faizədək azalıb.

“Fikrimcə bu vacib layihədi, həm Türkiyə bazarını açmaqla, həm də istinad qiymətlərini müəyyən etməklə bu problem uzunmüddətli perspektivdə birdəfəlik həll olunacaq” – deyə Zurab Azaraşvili bildirib.

Nazir bildirib ki, dərman vasitələri ilə əlaqədar istinad qiymətlərinin müəyyən edilməsi məqsədilə, Dünya Bankının dəstəyi ilə müxtəlif vaxtlarda müxtəlif ölkələrdə qeyd olunan layihələrin uğurla həyata keçirilməsində iştirak etmiş beynəlxalq ekspertlər nazirliklə birgə işləyirlər.

“Ötən, bütün həftə ərzində mütəxəssislər bizimlə idilər. Onların tövsiyələri əsasında istinad ölkələri seçilir. Ölkələr coğrafi mövqeyə, müxtəlif iqtisadi parametrlərə, eləcə də əhalinin sayına görə müəyyən edilir və bir çox müxtəlif nüanslar nəzərə alınır. İstinad etmək üçün artıq 5-7 ölkə seçilib.

Biz bunu planlaşdırdığımız kimi çox operativ şəkildə izləyirik və gələn ilin yanvar ayından bizdə xroniki xəstəliklər üçün olan dərmanların və onkoloji dərmanların istinad qiymətləri olacaq, bu isə ilk mərhələdə pilot rejimdə tətbiq ediləcək. Növbəti mərhələdə istinad qiymətləri tam şəkildə müəyyən ediləcək və molekulyar səviyyədə istənilən dərmana şamil olunacaq”- deyə Zurab Azaraşvili bildirib.