Zurab Azaraşvili - tezliklə onkoloji dərmanlar birbaşa istehsalçıdan gətiriləcək ki, bu da bizə maliyyə limiti ilə bağlı problemləri aradan qaldırmağa imkan verəcək, limitin götürülməsindən də bəhs edilir
Zurab Azaraşvili - tezliklə onkoloji dərmanlar birbaşa istehsalçıdan gətiriləcək ki, bu da bizə maliyyə limiti ilə bağlı problemləri aradan qaldırmağa imkan verəcək, limitin götürülməsindən də bəhs edilir

 

Tezliklə onkoloji dərmanlar birbaşa istehsalçıdan gətiriləcək ki, bu da bizə maliyyə limiti ilə bağlı problemləri aradan qaldırmağa imkan verəcək -bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili açıqlayıb.

Azaraşvilinin Gürcüstanın Birinci Kanalının efirində qeyd etdiyi kimi, limitin götürülməsindən də bəhs edilir.

“Bu gün bazarda dövriyədə olan 7 minə yaxın dərman vasitəsi var ki, onlardan biz birinci mərhələdə 1100 dərman vasitəsinə istinad qiymətləri təyin etdik. Əsasən bunlar xroniki tipli dərmanlardır ki, biz onların əksəriyyətini il ərzində 300.000-dən çox vətəndaşımız üçün müxtəlif limitlərlə maliyyələşdiririk. İnsanlar aptekə gedib pulsuz dərman alırlar.

Məhz bu 1100 dərmana istinad qiymətlərinin tətbiqi ilə maya dəyəri 40 faiz azalıb. 40 faiz azalma bizə əhatəni daha da genişləndirmək imkanı verdi. İndiyə qədər insanların limiti bir neçə aya bitirdisə, indi xroniki ehtiyaclar üçün dərmanları il ərzində maliyyələşdirə bilirik.

Onkoloji dərmanlar halında, istinad qiymətlərinin qoyulması zamanı, dərmanlar baha olarkən bizim tövsiyəmiz dövlətə ciddi endirim edilməsi və birbaşa müqavilələr imzalamaq üçün nazirlik, dövlət tərəfindən birbaşa istehsalçılarla danışıqlar aparılması, istehsalçılarla birbaşa müqavilələr bağlanmasıdır. Bu baxımdan da, təbii ki, biz artıq danışıqlara başlamışıq. 80-ə qədər dərman növü var və biz il ərzində bu istiqamətdə təxminən 90 milyon lari xərcləyirik.

Bu dərmanların təxminən on istehsalçısı var və biz böyük istehsalçılarla fərdi qaydada, birbaşa istehsalat müəssisələri ilə müqavilə bağlamalıyıq. Tezliklə bu dərmanlar ölkəyə birbaşa istehsalçıdan gətiriləcək və biz xeyli azaldılmış məbləğləri ödəyə biləcəyik. Məhz bu, bizə həm xroniki dərmanlar, həm də onkoloji dərmanlar halında onkoloji pasiyentlərin ilboyu ehtiyaclarını tam şəkildə maliyyələşdirmək, müvafiq olaraq, limitin tükənməsi ilə əlaqədar problemləri aradan qaldırmaq imkanı verir. Ümumiyyətlə, limitin götürülməsindən də bəhs edirik”-deyə Zurab Azaraşvili açıqlayıb.