Zurab Azaraşvili - Səhiyyə Nazirliyinin tətbiq etdiyi tənzimləmələr pasiyentlərə göstərilən xidmətlərin və onların sağlamlığına qayğının keyfiyyətinə təsir edir
2023-cü ilin sonuna qədər biz səhiyyə sistemində pasiyentlərə qulluq və xidmətlərin keyfiyyətinin artırılmasına yönəlmiş bir çox yeni standart və qaydalar tətbiq edəcəyik -bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili danışıb.
Zurab Azaraşvili indiyədək ölkədə mövcud olmayan reanimasiya və cərrahiyyə xidmətləri üçün icazə şərtlərinin sentyabr ayından qüvvəyə minəcəyini və ilk dəfədir tətbiq edildiyini bildirib.
“Dəyişikliyə əsasən, klinikada hansı avadanlıqların olması ciddi şəkildə müəyyənləşdirilib. Həmçinin – otağın təşkili qaydası, pasiyent və çarpayı üzrə həkimlərin, tibb bacılarının və ya reanimatoloqların sayı. Bu standartlar reanimasiya və cərrahiyyə xidmətlərini birdəfəlik tənzimləyəcək. Bu, bizə pasiyenti beynəlxalq standartlara uyğun idarə etmək və xəstəxanadaxili infeksiyanın yayılma riskini minimuma endirmək imkanı verəcək” – Zurab Azaraşvili bildirib.