Zurab Azaraşvili - səfərbər olunmuş briqadalar həm təbii fəlakət bölgəsindən çıxarılan insanlara, həm də itkin düşənlərin ailə üzvlərinə tibbi xidmət göstərirlər
Racada çox ağır faciə baş verdi, mən həlak olanların ailə üzvlərinə, bütün Gürcüstana başsağlığı verirəm. Həm təbii fəlakət zonasından təxliyə edilmiş insanlara, həm də itkin düşənlərin ailə üzvlərinə tibbi xidmət göstərən tibb briqadaları, müxtəlif ixtisaslı həkimlər bilavasitə təbii fəlakətin episentrinə və Oniyə səfərbər olunub – deyə təbii fəlakət völgəsində olan Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili bildirib.
Azaraşvilinin sözlərinə görə, helikopterlə böyük xilasetmə əməliyyatları aparılıb və 210 nəfər fəlakət zonasından təhlükəsiz yerə çıxarılıb.
“Onların heç birinin sağlamlığı təhlükə altında deyil. Yalnız bir neçəsinin xəsarətləri o qədər yüngül idi ki, onları tibb müəssisəsinə aparmaq lazım gəlmədi. Fəlakət bölgəsində səfərbər olunan qruplara həkimlər və tibbi heyət də əlavə olunub. Onlar itkin düşənlərin ailə üzvlərinə psixoloji və digər tibbi yardımlar baxımından hər cür tibbi xidmət göstərirlər”, – Zurab Azaraşvili bildirib.