Zurab Azaraşvili Respublika xəstəxanasının əməkdaşları ilə görüşməyə və onların suallarını cavablandırmağa hazır olduğunu bildirir
Səhiyyə naziri Zurab Azaraşvili Respublika xəstəxanasının əməkdaşları ilə görüş keçirməyə və onların suallarını şəxsən cavablandırmağa hazırdır. Məlumatı Səhiyyə Nazirliyi yayır.
Qurumdan verilən məlumata əsasən, görüşdə klinika və onun əməkdaşları ilə bağlı hər bir məsələ ətraflı müzakirə olunacaq.
Tbilisidə Respublika xəstəxanasının bazasında yeni xəstəxana tikiləcək. Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi Respublika xəstəxanasının əməkdaşlarına təzminatların verilməsi ilə bağlı təkliflər prosesinə rəsmən başlayıb.