Zurab Azaraşvili - Respublika xəstəxanası ilə bağlı qiymətləndirmə işləri aparılır, bundan sonra da onun söküləcəyi, yoxsa bərpası ilə bağlı yekun qərar verəcəyik
Zurab Azaraşvili - Respublika xəstəxanası ilə bağlı qiymətləndirmə işləri aparılır, bundan sonra da onun söküləcəyi, yoxsa bərpası ilə bağlı yekun qərar verəcəyik

 
Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili cari həftə üçün tədbir planlaşdırıldığını və bu tədbir çərçivəsində Respublika xəstəxanası ilə bağlı müxtəlif məsələləri ətraflı müzakirə edəcəklərini bildirib.

O, həm də işçilərə təklif olunan şərtlər barədə ətraflı danışacaqlarını bildirib.

“Ay yarım bundan əvvəl demişdim ki, ilkin qiymətləndirməyə əsasən, ilkin rəylərə görə, binanın bir hissəsini söküb yeni bina tikmək lazım gələcək. O vaxt qeyd etdiyim kimi, biz konsepsiya, təklif olunası şərtlər üzərində işləyirdik; İşləyən tibbi personaldan hamısı mütləq işlə təmin olunacaq və ya maaş verilməsi davam edəcək. Bu həftə, cümə günü, planlaşdırdığımız tədbirimiz var, tədbirdə təklifin bütün şərtlərini işçilərlə birlikdə təfərrüatı ilə müzakirə edəcəyik, eləcə də bu mərhələdə klinika ilə bağlı hansı məlumatlara sahib olduğumuzu, hansı yolla gedəcəyimizin üzərindən ətraflı şəkildə keçəcəyik. Proses elə də qısa deyil”-deyə Zurab Azaraşvili açıqlayıb.

Bununla yanaşı, Zurab Azaraşvilinin qeyd etdiyi kimi, sökülmə və ya reabilitasiya aparılacağı ilə bağlı yekun qərar hələ verilməyib, hərçənd Respublika xəstəxanasının yüksək texnologiyalı və beynəlxalq standartlara uyğun olması ilə bağlı qərar dəyişməyəcək.

“Paralel olaraq, istər ölkə daxilində, istərsə də ölkə hüdudlarından kənarda bir neçə fərqli şirkətdə texniki və infrastruktur baxımından- biz nə edəcəyik, söküləcəkmi, bərpa olunacaqmı və s. qiymətləndirmə işləri aparılır, bütün sənədləri təqdim etdikdən sonra yekun qərarı verəcəyik.

Klinikanın dövlət klinikası olması, yüksək texnoloji və bütün standartlara, 2025-ci ildən Gürcüstanda fəaliyyət göstərən bütün klinikalardan tələb etdiyimiz standartlarda olması, bu qərar qəti şəkildə verilib və dəyişdirilməyəcək. İndi bunun necə baş verəcəyi ilə bağlı detallara aydınlıq gətirilməlidir. Sənədlər müxtəlif müddətlərdə təqdim olunacaq. Eyni zamanda həm Samxarauli Ekspertiza Bürosu, həm də Avropa İnvestisiya Bankının muzdlu məsləhətçiləri qrupu öyrənir. Son iki-üç ildə Avropa İnvestisiya Bankı adıçəkilən klinika ilə bağlı problemləri aktiv şəkildə öyrənirdi və öz təklifini hazırlayırdılar. Bir müddət dayandırılmışdı, bu gün proses davam etdirilir və yekun rəyimiz olacaq” -deyə Zurab Azaraşvili açıqlayıb.