Zurab Azaraşvili Pavel Herchinski ilə görüşüb
Zurab Azaraşvili Pavel Herchinski ilə görüşüb

 

İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Aİ-nin yeni təyin olunmuş səfiri ilə tanışlıq məqsədli görüş keçirib. Zurab Azaraşvili Pavel Herchinskini cari islahatlar və yeniliklərlə tanış edib.

Səhiyyə Nazirliyindən verilən məlumatda görüşdə yüksək keyfiyyətli səhiyyə xidmətlərinin və dərman vasitələrinin maksimum çatımlılığı üçün başladılmış islahatlara toxunulduğu deyilir. Həmçinin, sosial cəhətdən həssas şəxslərin ictimai işlərdə məşğulluq proqramı və yaxın üç il ərzində 13 min ailəni mənzillə təmin edəcək məcburi köçkünlərin məskunlaşdırılması üzrə layihə müzakirə edilib.

Tanışlıq məqsədli görüşdə tərəflər Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlığın əhəmiyyətindən danışıblar. Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və səhiyyə sisteminin inkişafı üçün mühüm zəmin yaradan ilkin səhiyyə müəssisələrində teletibbin tətbiqi prosesi də onlar arasındadır.

Görüşdə Avropa İttifaqının iştirakı və dəstəyi ilə yaradılmış Əmək Müfəttişliyi Xidmətinin əhəmiyyəti vurğulanıb. Avropa İttifaqının texniki dəstəyi ilə yaradılmış 2022-2030-cu illər üçün sağlamlığın qorunması üzrə milli strategiyadan da danışılıb.

Səhiyyə nazirinin qeyd etdiyi kimi, qurum bir sıra islahatları məhz bu sənədə uyğun olaraq həyata keçirir. Zurab Azaraşvili, Pavel Herchinskini xəstəxana sektorunda planlaşdırılan islahatla da tanış edib, islahata əsasən, 2025-ci ildən etibarən ümumi səhiyyə proqramına qoşulmuş klinikaların beynəlxalq keyfiyyət standartına cavab verməsi məcburi olacaq. Görüşdə tərəflər gələcək planları və əməkdaşlığın perspektivlərini müzakirə ediblər.