Zurab Azaraşvili - Ölkədə adi mövsümi viruslar yayılıb, həyəcan və panika üçün heç bir əsasımız yoxdur
Bu gün ölkədə adi mövsümi viruslar yayılıb, həyəcan və panika üçün heç bir əsasımız yoxdur – Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili hökumətin iclası başa çatdıqdan sonra jurnalistlərə bu haqda açıqlayıb.
“Hələ payızın əvvəlində müvafiq çoxkomponentli qrip peyvəndini təmin etdik və ölkəyə gətirdik. Nazirlik müxtəlif kampaniyalar vasitəsilə əhaliyə müvafiq peyvənd olmaları üçün fəal şəkildə çağırış edib. Bu gün ölkədə baş verənlər adi mövsümi viruslardır. Bu, təkcə Gürcüstanda deyil, bütün dünyada belədir. Mövsümi olaraq müəyyən pik həddə çatır, deyək ki, yanvarın sonuna qədər, lakin burada həyəcan üçün heç bir əsas yoxdur. Bu virus əsasən uşaqlarda ortaya çıxa bilər, lakin nəsə panika üçün xüsusi bir şey yoxdur. Peyvəndlərə və qrip peyvəndlərinə gəlincə, bu peyvəndlərə bu gün də ehtiyatda sahibik və istəyən hər kəs müvafiq peyvəndləmədən keçə bilər”- Azaraşvili açıqlayıb.
Jurnalistin, müraciətlərin çox olması səbəbindən klinikalarda sıxlıq müşahidə olunduğu və çarpayı probleminin ola biləcəyi ilə bağlı sualına səhiyyə naziri cavabında bununla bağlı heç bir təhlükə olmadığını deyib.
“Nə klinikalarda sıxlıq, nə də bu baxımdan hər hansı təhlükə mövcuddur. Əvvəlki illərdə olduğu kimi, ölkədə adi mövsümi qrip yayılıb və xüsusi heç nə baş vermir”- Zurab Azaraşvili açıqlayıb.