Zurab Azaraşvili - növbəti iki il ərzində dövlət 1000 evsiz, çoxuşaqlı ailəyə mənzil verəcək
Növbəti iki il ərzində dövlət 1000 evsiz, çoxuşaqlı ailəyə mənzil verəcək-bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili açıqlayıb.
O, layihənin 2024-cü ildə başlayacağını və 2025-ci ilin sonuna kimi qeyd olunan statusa malik bütün ailələrin mənzil alacağını bildirib.
“Bu olduqca yaxşı layihə və təşəbbüs baş nazirə məxsusdur. Bizim nazirliyə bəhsi keçənləri təmin etmək tapşırılıb, çünki bizim həm belə ailələrin qiymətləndirilməsi, həm də mənzillə təmin olunması baxımdan təcrübəmiz var. İki illik layihə evsiz, çoxuşaqlı ailələrə şamil ediləcək. Layihənin büdcəsi 50 milyon laridir. Artıq 2025-ci ilin sonuna qədər belə çoxuşaqlı ailələrin öz mənzilləri olacaq və biz onların təmin edilməsinin tam qayğısına qalacağıq” -deyə Zurab Azaraşvili açıqlayıb.