Zurab Azaraşvili məsləhətçilər şurası formatında həkimlərlə görüşüb
Zurab Azaraşvili məsləhətçilər şurası formatında həkimlərlə görüşüb

 

Səhiyyə naziri Zurab Azaraşvili məsləhətçilər şurası formatında müxtəlif tibb sahələrinin həkimləri ilə görüşüb. Məlumatı Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayır.

Verilmiş məlumatda tərəflərin səhiyyənin əlçatanlığını və keyfiyyəti yaxşılaşdırmaq üçün cari və planlaşdırılan islahatları müzakirə etdikləri deyilir.

“Tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə təsdiq edilmiş reanimasiya xidmətlərinin yenilənmiş standartının tələbləri müzakirə edilib. Həmçinin 2025-ci ildən məcburi beynəlxalq akkreditasiya məsələləri də müzakirə olunub.

Görüşdə tibb sahəsinin nümayəndələri tənzimləmələr istiqaməti üzrə tətbiq edilən dəyişikliklərin müsbət olduğunu qeyd ediblər.

Zurab Azaraşvili səhiyyə sektorunda mövcud olan çağırışlar və onların həlli yolları ilə bağlı həkimlərin tövsiyələrini dinləyib.

Görüşdə diaqnoza bağlı qruplarla (DRQ) maliyyələşdirmə modelini müzakirə ediblər və mövcud təcrübəni yekunlaşdırıblar. Məsləhətçilər şurası formatında tərəflər ilkin səhiyyə xidmətinin gücləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlərdən danışıblar. Əhalinin yüksək keyfiyyətli dərman vasitələrinə əlçatanlığını artırmaq üçün dövlət tərəfindən artıq aparılan və cari islahatlara diqqət yetiriblər.

Görüşdə səhiyyə naziri göstərilən xidmətlərə görə tibb sahəsinin nümayəndələrinə təşəkkür edib. Qeyd olunub ki, Məsləhətçilər şurası formatında görüşlər hər ay keçiriləcək”- deyə Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.