Zurab Azaraşvili Kutaisidə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksinin tikinti işləri ilə tanış olub
İşğal Olunmuş Ərazilərdən Olan Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi naziri Zurab Azaraşvili Kutaisidə məcburi köçkünlər üçün nəzərdə tutulmuş yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Nazirlikdən verilən məlumata görə, hazırda Nikiya küçəsində 720 ailə üçün 12 mərtəbəli üç bina tikilir. Onların verdiyi məlumata görə, tikinti işləri 2025-ci ilin sonuna kimi başa çatdırılacaq və tam təmirli mənzillər köçkün ailələrinə təhvil veriləcək.
“Nikiya küçəsində yaşayış kompleksinin tikintisinə bu ilin iyun ayında başlanılıb, 3 binanın karkas tikintisi demək olar ki, başa çatıb.
İş prosesləri aktiv iş rejimində, standartlara tam uyğun olaraq aparılır və nəzərdə tutulan müddətdə başa çatdırılacaqdır. Layihənin büdcəsi 77 milyon laridən çoxdur.
Köçkün ailələri üçün layiqli həyat şəraitinin yaradılması məqsədilə 2022-ci ildə baş nazirin qərarı ilə misli görünməmiş dərəcədə genişmiqyaslı köçürmə proqramına başlanılıb.
Layihə çərçivəsində Əmək, Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2025-ci ilin sonuna kimi işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərin yaşayış sahəsi ümumilikdə 13 min məcburi köçkün ailəsinə veriləcək. Bunlardan 7 mindən çox ailəyə yeni tikilən binalarda təmirli mənzillər veriləcək, 6 minə qədər ailə isə “Kənd evi” proqramı çərçivəsində yerləşdiriləcək.
Hər iki proqramın ümumi büdcəsi təxminən 900 milyon laridir. Gürcüstanın beş şəhərində – Tbilisi, Kutaisi, Rustavi, Zuqdidi və Borjomidə eyni vaxtda irimiqyaslı tikintilər aparılır”, – Qurumun məlumatında qeyd edilib.
Müəllif -
Mehemmed Bayramaliyev