Zurab Azaraşvili - koronavirusun artması ilə bağlı qorxu və təşviş üçün heç bir əsas yoxdur
Zurab Azaraşvili - koronavirusun artması ilə bağlı qorxu və təşviş üçün heç bir əsas yoxdur

Səhiyyə Nazirliyi dünyada mövcud tendensiyaları daim rejimdə izləyir. Koronavirusun artması ilə bağlı qorxu və təşviş üçün heç bir əsas yoxdur, – bu barədə Gürcüstan Səhiyyə naziri, Zurab Azaraşvili bəyan etdi.

Azaraşvilinin açıqlamasına görə, istənilən şəxs koronavirusla bağlı açıqlama verərkən diqqətli olmalıdır ki, dəqiqləşdirilməmiş məlumatların yayılması əhali arasında əsassız qorxu və panikaya səbəb olmasın.

“Bu mərhələdə həyəcana heç bir səbəb yoxdur. Bəyanat verənləri diqqətli olmağa çağırırıq ki, əhali arasında əsassız panika yaranmasın. Amerika Birləşmiş Ştatları, Çin və müxtəlif ölkələrdə baş verən hadisələri izləyirik. Müvafiq olaraq, təsdiq edə bilərəm ki, virusun yayılma təhlükəsi mövcud deyil. Bir şeyi aşkar edən kimi – lakin, əminəm ki, bu istiqamətlə təhlükə olmayacaq – biz mütləq ictimaiyyəti məlumatlandıracağıq. Xahişim ondan ibarətdir ki, media yalnız rəsmi, qanuni mənbələrə əsaslanan məlumatları yaysın. Vacibdir ki, Səhiyyə Nazirliliyinin yayılan bəyantları əldə rəhbər tutaq və yox ki, istənilən arzusunda olanın bəyanatını, kimə də sual verə bilərik və öz subyektiv və ya obyektiv fikrinə görə, bəyanat verə bilər”, – Azaraşvili bəyan etdi.