Zurab Azaraşvili - koronavirusa yoluxmuş pasiyentlərin qeyri-məqsədyönlü hospitallaşdırılması təqdirində, tibbi xidmət xərcləri ödənilməyəcək
Təəssüflər olsun ki, xəstələrin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmadığı və onları evdə müalicə etmək mümkün olduğu hallar var, lakin klinikaların subyektiv münasibətinə görə onları xəstəxanada saxlayırlar, – bu barədə Səhiyyə naziri, Zurab Azaraşvili Gürcüstanın Birinci Kanalının efirində bəyan etdi.
Nazirin bəyan etdiyinə görə, koronavirusa yoluxmuş pasiyentlərin qeyri-məqsədyönlü hospitallaşdırılması təqdirində, tibbi xidmət xərcləri ödənilməyəcək və məsuliyyəti bilavasitə klinikalar daşıyacaqlar.
Nazirin qeyd etdiyi kimi, ölkədə son bir neçə həftədir sabit kovid-vəziyyətdir və mühüm qrtım qeydə alınmır. Həmçinin, hospitallaşdırma lüzumluluğu olan pasiyentlərin sayı minimaldır.
Zurab Azaraşvilinin açıqlamasına görə, koronavirusun yeni ştammı ilə bağlı olan halların böyük hissəsi, yüngüldür və hospitallaşdırma lazım gəlmir.