Zurab Azaraşvili - koronavirus adi, mövsümi virusdur və ona artıq heç diqqət yetirilməməlidir
Bu gün bütün dünyada koronavirus adi, mövsümi virus kimi qəbul edilir, təşviş və panika üçün heç bir əsas yoxdur, ona xüsusi diqqət artıq yetirilməməlidir-bu barədə səhiyyə naziri Zurab Azaraşvili danışıb.
“Bildiyiniz kimi, bir neçə ay əvvəl biz hətta fərdi halların qeydiyyata alınmasını belə dayandırdıq, çünki buna həqiqətən ehtiyac yoxdur. Kovid pandemiyasının sona çatmaqda olduğu və adi mövsümi viruslardan birinə çevriləcəyi barədə mən hələ 2022-ci ildə danışırdım. Bu gün həqiqətən də bu belədir”, – deyə səhiyyə naziri bildirib.
Zurab Azaraşvilinin qeyd etdiyi kimi, koronavirusun istənilən yeni variantına, istər EG.5, istərsə də digəri olsun adın verilməsi elmi araşdırmaların mövzusudur. Nazirin sözlərinə görə, bu cür təfərrüatlarla bağlı məlumatların verilməsi əhali üçün həddən artıq stress yarada bilər ki, bunun üçün bu gün heç bir real əsas yoxdur.
“Həqiqətən xüsusi bir şey baş vermir. Əgər bu baxımdan nəsə dəyişsə, əhali ilk olaraq Səhiyyə Nazirliyindən məlumat alacaq. Koronavirusun yayılması baxımından əvvəlki illərdə qeydə alınanlar keçmişdə qaldı və bu gün onun təkrarlanması üçün heç bir əsas yoxdur. Mən Gürcüstan hökumətindən və bu halda biz Səhiyyə Nazirliyindən daha çox guya əhaliyə diqqət yetirən hər kəsə müraciət etmək və xahiş etmək istəyirəm ki, cəmiyyətdə gərginlik yaratmağa çalışmasınlar, yeni ştamların adlarına diqqət yetirməsinlər. Bu gün koronavirus adi, mövsümi infeksiyadır və ilin müxtəlif vaxtlarında onun oxşarına rastlaşırıq”- Zurab Azaraşvili deyib.