Zurab Azaraşvili - kimyaterapiya, metabolik və bariatrik xidmət standartları oktyabr ayından qüvvəyə minəcək
2023-cü ilin oktyabrından kimyaterapiya, həmçinin metabolik və bariatrik xidmət standartları qüvvəyə minəcək -bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili danışıb.
Zurab Azaraşvili bu dəyişikliklərin hər birinin və yeni təyin edilmiş standartların məqsədlərindən də danışıb.
“Biz onkoloji pasiyentlər üçün mövcud proqramın mümkün qədər benefisiarlara yönəldilməsini istəyirik. Biz bu istiqamətdə hər il 150 milyon laridən çox vəsait xərcləyirik. Hər bir larinin pasiyentə düzgün çatması və onun xidmətdən razı qalması çox vacibdir” – Zurab Azaraşvili bildirib.
Bariatrik cərrahiyyəyə gəlincə, səhiyyə nazirinin qeyd etdiyi kimi, xidmətin özəlliyindən irəli gələrək tənzimləmə mexanizminin təkmilləşdirilməsi gündəmdə olub.
“Müxtəlif ölkələrin standartlarına uyğun olaraq, biz bariatrik cərrahiyyə əməliyyatının nə zaman edilə biləcəyinə dair qaydanı ciddi şəkildə müəyyən etmişik. Bildiyiniz kimi, bu kifayət qədər ciddi cərrahi müdaxilədir. Əgər pasiyentin çəki indeksi uyğundursa, müşayiət olunan xəstəliklər və s. varsa, bariatrik cərrahiyyə yalnız bu halda edilə bilər”-deyə Zurab Azaraşvili bildirib.