Gürcüstan Səhiyyə naziri, Zurab Azaraşvili İtaliyanın Gürcüstandakı səfiri, Enriko Valvo ilə görüşdü. Məlumatı Səhiyyə Nazirliyi yayır.
İdarənin məlumatına görə, tanışlıq xarakterli görüşdə Zurab Azaraşvili və Enriko Valvo iki ölkə arasında səhiyyə sahəsində həyata keçirilən ümumi layihələrdən danışdılar. Nazir bu sahədə mövcud islahatlar və inkişaf baxışları barədə səfirə məlumat çatdırdı.
Öz növbəsində, Enriko Valvo Zurab Azaraşviliyə İtaliyada səhiyyə sahəsində cari layihələri təqdim etdi.
Görüşdə tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə etdilər.