İşğal olunmuş ərazilərdən olan məcburi köçkünlər, əmək, səhiyyə və sosial müdafiə naziri Zurab Azaraşvili İsveçrə Konfederasiyasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Haydi Qrau ilə görüşüb.
Səhiyyə Nazirliyindən verilən məlumatda tərəflərin ikitərəfli əməkdaşlıq məsələlərini və gələcək planları müzakirə etdikləri deyilir. Qurumun rəhbəri diplomata səhiyyə sahəsində aparılan islahatlar barədə məlumat verib. Digər tərəfdən, Haidi Qrau Zurab Azaraşviliyə İsveçrədə səhiyyə sektorunda həyata keçirilən layihələri təqdim edib.
İsveçrə səfiri Səhiyyə Nazirliyində aparılan islahatları dəstəklədiyini və əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduğunu bildirib.
Bundan əlavə, görüşdə 2023-cü ilin fevralında İsveçrədə keçiriləcək pasiyentlərin təhlükəsizliyi üzrə beşinci qlobal nazirlər görüşü müzakirə olunub.