Zurab Azaraşvili - istənilən onkoloji xəstənin dövlət maliyyəsi ilə tam müalicə olunmaq imkanı var
İstənilən onkoloji xəstənin dövlət maliyyəsi tam şəkildə müalicə olunmaq imkanı var, – Səhiyyə naziri Zurab Azaraşvili bildirib.
Səhiyyə naziri uşaq onkologiyasından da danışıb və izah edib ki, qeyd olunan proqram cari dövrdə həm nəticələri, həm də tibbi xidmətin keyfiyyətini xeyli yaxşılaşdıracaq.
“Ölkədə uşaq onkologiyası sahəsində problem çox ciddi idi. Valideynlərdən həm konkret tibb müəssisəsinə, həm də həkimlərə qarşı narazılıqlar olub. Sistemin tətbiqi çox çətindir, bu, müxtəlif yüksək ixtisaslı həkimlərlə, texnologiyalarla və bizim planlarımızla əlaqəlidir, mən Respublika Xəstəxanasını nəzərdə tuturam. Yeni Respublika Xəstəxanasına uşaq onkologiyası istiqaməti də daxildir. Bu, uzun bir proses olduğundan, bu uşaqların xaricdə müalicəsini təklif etmək qərarına gəldik. Dövlətin maliyyəsi ilə onlar Türkiyə, İsrail və İspaniyanın aparıcı klinikalarında diaqnostika edə və müalicə ala biləcəklər. Hər üç ölkədə 30-a yaxın uşaq müalicə olunur. Provayderlər əlavə edirik. Düşünürük ki, bu da çox uğurlu layihədir, çünki yaxşı idarə olunan uşaq onkologiyasının necə olması lazım olduğunu yaxşı görmüşük. Biz gələcəkdə bu təcrübəni mütləq nəzərə alacağıq və bu insanların məmnunluğu çox vacibdir”, Azaraşvili bildirib.
Onkoloji cərrahiyyəyə gəlincə, səhiyyə nazirinin sözlərinə görə, ölkə üzrə bütün onkoloji xəstələr üçün həm planlı, həm də təcili əməliyyatlar maliyyələşdiriləcək.
“Onların arasında illik gəliri 40 min laridən çox olan xəstələr də var. Həmçinin Səhiyyə Nazirliyi innovativ onkoloji dərman vasitələrinin birbaşa satınalma yolu ilə alınması prosesinə başlayıb. Sözügedən qaydaya əsasən, dövlət bahalı dərmanları xüsusi, xeyli aşağı qiymətə alacaq və onkoloji xəstələrin ehtiyaclarını tam ödəyəcək”, – Zurab Azaraşvili bildirib.
Müəllif -
Mehemmed Bayramaliyev