Zurab Azaraşvili - infeksiyaya nəzarət aktiv şəkildə aparılır, klinikaların yoxlanılması birdəfəlik deyil, biz onu sistematik şəkildə tənzimləyənədək, yoxlamadan əl çəkməyəcəyik
Zurab Azaraşvili - infeksiyaya nəzarət aktiv şəkildə aparılır, klinikaların yoxlanılması birdəfəlik deyil, biz onu sistematik şəkildə tənzimləyənədək, yoxlamadan əl çəkməyəcəyik

 
İnfeksiyaya nəzarət aktiv şəkildə aparılır, klinikaların yoxlanılması birdəfəlik deyil, biz onu sistematik şəkildə tənzimləyənədək, yoxlamadan əl çəkməyəcəyik -bu barədə Gürcüstanın səhiyyə naziri Zurab Azaraşvili Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, yoxlama təkcə bir dəfəlik deyil və bəzi hallarda klinika hətta üç dəfə də yoxlanılıb.

Bununla yanaşı, Zurab Azaraşvilinin də qeyd etdiyi üzrə, adekvat müalicə və keyfiyyəti təmin edə bilməyən klinikalar müvafiq sanksiyalara məruz qalacaqlar.

“Bu və ya digər əməliyyat aparılarkən vətəndaşların özlərini təhlükəsiz hiss etmələri üçün infeksiyaya nəzarət tədbirlərinin aktiv şəkildə aparıldığını bir daha təsdiqləyəcəyəm. Bu, artıq sistematik xarakter alıb. Yoxlama, vəzifəmizi yerinə yetirmək üçün içəri daxil olmaq, infeksiya olduğunu və ya olmadığını görmək və getməkdən ibarət deyil, bir dəfəlik deyil. Artıq iki dəfə, bəzi hallarda hətta üç dəfə yoxlanılan klinikalar var, çünki biz onu sistematik şəkildə tənzimləyənədək, yoxlamadan əl çəkməyəcəyik. Adekvat müalicə və keyfiyyəti təəssüf ki, təmin edə bilməyən klinikaları əvvəlcə ümumi səhiyyə proqramından çıxarası və sonra isə onlara qarşı daha da sərt sanksiyalar tətbiq etməli olacağıq” -deyə Zurab Azaraşvili bildirib.