Zurab Azaraşvili həkimlər, tibb bacıları və sürücülər üçün ixtisas imtahanlarının keçirildiyi fövqəladə hallar koordinasiyası və təcili yardım mərkəzində oldu
Zurab Azaraşvili həkimlər, tibb bacıları və sürücülər üçün ixtisas imtahanlarının keçirildiyi fövqəladə hallar koordinasiyası və təcili yardım mərkəzində oldu

Fövqəladə hallar koordinasiyası və təcili tibbi yardım həkimləri, tibb bacıları və sürücülər üçün ixtisas imtahanları başladı. İmtahanlar həm nəzəri, həm də praktiki hissələrdən ibarətdir.

Təcili tibbi yardım briqadasının üzvləri hər 2 ildən bir məcburi ixtisas imtahanları verir, ondan əvvəl isə, tədris mərkəzində hazırlıq kurslarında iştirak edirlər.

Fövqəladə hallar koordinasiyası və təcili tibbi yardım mərkəzində Səhiyyə naziri, Zurab Azaraşvili oldu. Zurab Azaraşvili təcili yardım işçilərinə uğurlar arzuladı. Nazir müavini İlia Quduşauri, Fövqəladə Hallar Koordinasiyası və Təcili Yardım Mərkəzinin rəhbəri, Aleksandre Kutibaşvili ilə birlikdə mərkəzdə mövcud layihələri və mövcud problemləri müzakirə etdi.

Zurab Azaraşvilinin qeyd etdiyi kimi, klinikalarda və təcili tibbi yardım briqadalarında xidmətlərin keyfiyyətinin artırılması Nazirliyin prioritet istiqamətlərindən biridir. Səhiyyə naziri yeni layihə barəsində də danışdı, ona əsasən, paramedikoslar tibbi motosikletlə səyahət edə biləcəklər ki, bu da onun sözlərinə görə, təcili tibbi yardım xidmətlərini daha operativ və effektli edəcək.